Kuzası açıq qalan “Kamaz” piyada keçidinə çırpıldı; konstruksiya sürücünü öldürdü – ANBAAN VİDEO

Nəqliyyat TV 01 Oktyabr 2020 | 12:40
OXUNUB: 1297

“Kamaz” sürücüsünün diqqətsizliyi ölümünə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisənin videosu Rusiyanın Çelyabinsk – Yekaterinburq əyalətləri arasında yerləşən M5 avtomagistralında qeydə alınıb.

Kadrlarda, yan yolda kuzası endirilməmiş olan yük maşınının irəlilədiyi və əsas yola keçdikdən sonra yerüstü piyada keçidinə çırpıldığı görülür.

Görüntülərdə, yerüstü piyada keçidinin konstruksiyasının “Kamaz”ın kabinəsinin üstünə düşərək onu əzdiyi də əks olunub.

Yerli KİV-in məlumatına görə, qəza nəticəsində yük avtomobilinin 27 yaşlı sürücüsü, aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man