İşçiləri daşıyan mikroavtobus yük maşını ilə toqquşdu; 26 nəfər xəsarət aldı - FOTO

Yol qəzaları 30 Sentyabr 2020 | 13:48
OXUNUB: 734

Türkiyənin Manisa vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə Sarıgöl rayonunda qeydə alınıb.

Məlumata görə, üzüm bağında işləyən işçiləri daşıyan Kazım Çelebinin idarə etdiyi 45 J 4784 qeydiyyat nömrə nişanlı mikroavtobus, 51 yaşlı Oğuz Gülicakın idarə etdiyi 34 ZC 7090 qeydiyyat nömrə nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, yük avtomobilinin sürücüsü ifadə vermək üçün polis bölməsinə aparılıb.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man