Yol polisindən də cəbhəyə gedənlər var. Avtosfer.az xəbər verir ki, uzun illər yol polisi sistemində işləmiş, sonuncu dəfə Qusar rayon Dövlət Yol Polisi Bölməsinin rəisi olmuş polkovnik-leytenant Hacıbala Niyaz oğlu Hacıyev könüllü olaraq döyüşə yollanıb. O, döyüş başlayan gündən etibarən bir neçə dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək tankçı kimi döyüşə qatılmaq istədiyini bildirib. Lakin Dövlət Xidmətindən onun 65 yaşı olduğunu nəzərə alaraq cəbhəyə getməsi üçün imtina cavabı verilib. Bundan sonra yuxarı orqanlara şikayət edən Hacıbala Hacıyev Birinci Qarabağ müharibəsində cəbhədə olduğunu, tank sürdüyünü bildirib və indiki döyüşlərdə də iştirak edərək bu sahədə dəstək göstərmək istədiyini qeyd edib. Nəhayət, onun şikayətləri araşdırılıb və müsbət rəy verilib. Hacıbala Hacıyev oktyabrın 1-də cəbhəyə yola düşəcək.
Qeyd edək ki, Hacıbala Hacıyevin oğıu Taryel Hacıyev də hazırda yol polisi sistemində çalışır, polis kapitanıdır.
Atasının bu hərəkətindən qürurlandığını deyən Taryel Hacıyev də bildirib ki, ehtiyac yarandığı halda o da cəbhəyə yollanacaq.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl yol polisi olmaq üçün namizəd kimi seçimdə iştirak edən, daxili işlər naziri Vilayət Eyvazov tərəfindən seçilən namizədlərdən də bir neçəsi artıq cəbhəyə yollanıb. Onlar yol polisi olmaq üçün hazırlıq mərhələsində olsalar da, döyüş başlayan kimi 3 nəfər könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edib. Bir nəfərin müraciəti geri qaytarılsa da, 2 nəfər hazırda ordu sıralarında xidmət edir. Onlar yol polisi olmağı döyüşdən sonraya saxlayıblar...
Elməddin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man