Gəncədə baş vermiş avtoqəzada - 1 ölü, 4 yaralı

Yol qəzaları 30 Sentyabr 2020 | 09:16
OXUNUB: 774

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prado" markalı minik maşını ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə 1954-cü il təvəllüdlü Mirzəyev Məqsəd Rüstəm oğlu hadisə yerində dünyasını dəyişib, 1988-ci il təvəllüdlü Köçəriyev İqbal Əli oğlu, 1976-cı il təvəllüdlü Cənnətov Mahmud Saleh oğlu, 1962-ci il təvəllüdlü İsmayılov Fəqani Abuzər oğlu və 1995-ci il təvvəllüdlü Məmmədov Vüsal Maksim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man