Pişiyə baxmaq üçün əyilən azyaşlını maşın vurdu - VİDEO

Nəqliyyat TV 28 Sentyabr 2020 | 19:43
OXUNUB: 1897

Türkiyənin İstanbul şəhərində avtomobilin altındakı pişiyə baxmaq istəyən uşağı maşın vurub. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisənin görüntüləri Esenyurt rayonunda qeydə alınıb.

Təhlükəsizlik kamerasına düşən kadrlarda, küçədə balaca bir oğlanın əyilərək maşının altına girən pişiyə baxdığı və bu zaman həmin küçəyə daxil olan qırmızı rəngli avtomobilin altında qaldığı görülür.

Videoda, maşının buferi ilə asfaltın arasında sıxışaraq əzilən azyaşlının, bir neçə metr sürükləndiyi də əks olunub.

Agentliyin məlumatına görə, hadisə nəticəsində ağır xəsarətlər alan uşaq, ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Tibb müəssisəsindən, oğlanın ayaqlarının qırıldığını bildiriblər.

Hazırda onun müalicəsi davam edir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man