"VAZ dairəsi" istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq

Yeniliklər 28 Sentyabr 2020 | 10:54
OXUNUB: 1182

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin aparılmasına start verilib. Bununla əlaqədar olaraq Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşma tədbirlərinə 29 sentyabr tarixindən başlanılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyyə olunur.

Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı, Sumqayıt-Saray və Sumqayıt Dairəvi avtomobil yollarından istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man