“Sürücü nömrəni saxtalaşdıraraq cərimələrin müğənniyə gəlməsinə səbəb olub...” - Açıqlama

İctimai nəqliyyat 26 Sentyabr 2020 | 11:29
OXUNUB: 4783

Xəbər verdiyimiz kimi Əməkdar artist Nigar Şabanova ona məxsus “Mercedes” markalı avtomobilin 90-SE-012 dövlət nömrə nişanının “Honda” markalı başqa bir sürücüdə də olduğunu bildirib. Müğənni Dövlət Yol Polis İdarəsinə bununla bağlı bir ay öncə şikayət etdiyini, lakin problemin hələ də həl edilmədiyini və həmin sürücüyə görə hər dəfə ona cərimə gəldiyini bildirib.  

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb.

 K.Əliyev saytımıza açıqlamasında burda saxtakarlıq edildiyini və məsələnin artıq nəzarətə götürüldüyünü bildirib:

“Bu məsələ həllini tapıb və hazırda araşdırma gedir. Burda “Honda” markalı avtomobilin sürücüsü saxtakarlıq edərək F hərfinin altına qara xətt çəkib və kamera da onu E hərfi kimi oxcuyur. Bilərəkdən nömrəyə müdaxilə ediblər ki, məsuliyyətdən yayınsınlar. Həmin sürücünün iki dəfə qayda pozuntusu qeydə alınıb və hər iki protokol da həmin şəxsə yönəldilib. Onun hazırda nömrəyə müdaxilə etdiyi üçün məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Nömrəyə bu cür müdaxilə edildiyi üçün cərimələr Nigar xanıma gəlib. Bu saxtakarlığı edən sürücü düşünməyib ki, sabah bu xüsusi cihaz vasitəsilə ortaya çıxacaq”. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man