Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb.
"Opel" markalı avtomobil yolu keçən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu vurub. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man