Xarici ölkələrin birində baş verən dəhşətli qəza anı müşahidə kamerasına qeyd olunub. Avtosfer.az xəbər verir ki, yolun kənarında dayanmış avtomobilin sürücüsü arxaya verən zaman yolun hərəkət hissəsi ilə gedən piyadanı vuraraq yük maşınına çırpıb. Sürücü daha sonra yerə yıxılan piyadanın üzərindən bir neçə dəfə keçərək onu öldürüb. Dayanacağa nəzarət edən şəxs sürücünün hərəkətini görən zaman özünü qəfil kənara çəkərək ölümdən son anda xilas oldu.
Videodan aydın şəkildə görünür ki, bu qəza sürücü təcrübəsizliyinə görə baş verib. O, təhlükəsizliyə əməl edərək asta sürətlə geriyə hərəkət etməli idi. Qəfil hərəkət bir piyadanın həyatına son qoydu. Qəzadan sonra isə sürücü özünü itirərək nə etdiyini bilməyib. Yaxınlıqda olan şəxslərdən biri gələrək sürücüyə köməklik edib.
Qeyd edək ki, bu qəzanın ağırlıq dərəcəsinin artmasında piyadanın da payı var. Çünki, piyada səki ilə hərəkət etsəydi ölüm hadisəsi baş verməyəcəkdi.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man