Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan maarifləndirici şüarlar əks olunan plakatlar məktəblərin qarşısına vurulur. Avtosfer.az xəbər verir ki, Xəzər rayonundakı məktəblərin önünə də bu plakatlardan vurulub. Xəzər DYPŞ-nin əməkdaşları eyni zamanda şagird və müəllimlərlə maarifləndirici söhbətlər aparıb. Qeyd olunub ki, yol polisi bu plakatlar vasitəsilə şagidr və valideynlər arasında həm yol hərəkəti, həm də pandemiya qaydalarına əməl edilməsini təbliğ edir, eyni zamanda bu istiqamətdə vacib mesajları onlara çatdırır.
Qeyd edək ki, lövhələrdə şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.
Plakatlar yol polisi əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən bir sıra məktəblərin önünə vurulacaq və eyni zamanda karantin qaydalarına uyğun olaraq təbliğat işləri davam etdiriləcək.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man