Xətaidə uzunluğu 7.9 km olan 5 küçə təmir olunub - FOTO

Yeniliklər 24 Sentyabr 2020 | 11:51
OXUNUB: 1252

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Xətai rayonu ərazisində geniş miqyaslı işlər aparılır. Ölkə başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi tərəfindən rayon ərazisində təmirə ehtiyacı olan 23.8 km uzunluğa malik 18 adda küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, Xətai rayonunun Qaçaq Nəbi, Məzahir Rüstəmov, Xudu Məmmədov, N.Tusi, S.Ə.Şirvani, İnqlab İsmayılov, General Ə.Şıxlinski, Admiral Naximov, Yavər Əliyev, Musazadə, Sovxoz, R.Bağırov, Qafaqaz, İ.Həbibov, Aşıq Ələsgər, A.Novruzov və Zeytun küçələrinin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə artıq bir-neçə küçədə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb və yeni yol infrastrukturu vətəndaşların istifadəsinə verilib.

Təmir-tikinti işləri çərçivəsində Xətai rayonu üzrə ümumi uzunluğu 7900 metr olan İnqilab İsmayılov, Qaçaq Nəbi, Məzahir Rüstəmov, Seyid Əzim Şirvani və Yavər Əliyev küçələri yenidən qurulub.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Daha sonra küçələrə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub, küçələr zəruri yol nişanları, üfiqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi verilib.

Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrdən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik  Admiral Naximov və Nəsrəddin Tusi küçələrində yenidənqurma işlər davam etdirilir. Hər bir küçənin uzunluğu 2800 metr təşkil edir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ölkə başçısının sərəncamı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Xətai rayonu ərazisində 17.7 km uzunluğunda olan 14 adda küçə və yol təmir edilib.

 

Fidan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man