1,5 min il yaşı olan sirli məqbərə aşkar edildi - FOTO

Maraqlı 24 Sentyabr 2020 | 08:31
OXUNUB: 1177

Almaniyada, Saksoniya-Anxalt ərazisində quş fabriki üçün yerin hazırlanması zamanı 1 500 il əvvəl “Xalqların böyük köçü” dövründə yaşamış nüfuzlu şəxsin məqbərəsi aşkarlanıb.

Ekspertlər iddia edirlər ki, bu, ölkədə son 40 ildə ən əhəmiyyətli tapıntıdır.

Arxeoloqlar məqbərənin mərkəzində tuncdan hazırlanmış qazan tapıblar və içəridə bir zadəganın külünün ola biləcəyini güman edirlər. "Biz onun qalıqlarını tapmalıyıq", - deyə İbtidai İcma Tarixi Muzeyinin arxeoloqu Suzanna Fridrix deyib.

Qazanın ətrafında altı qadının skeleti aşkarlanıb. Tədqiqatçılar deyirlər ki, onların mərhumun kənizləri və ya arvadları ola bilər. Ancaq qadınların zadəgan üçün qurban edilib-edilmədiyi müəmmalıdır. ("Report")

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man