Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan maarifləndirici şüarlar əks olunan plakatlar məktəblərin qarrşısına vurulur. Avtosfer.az xəbər verir ki, Yasamal rayonundakı məktəblərin önünə də bu plakatlardan vurulub. Yasamal DYPŞ-nin əməkdaşları eyni zamanda şagird və müəllimlərlə maarifləndirici söhbətlər aparıb.
Qeyd edək ki, lövhələrdə şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.
Plakatlar yol polisi əməkdaşları tərəfindən Bakı şəhərində yerləşən bir sıra məktəblərin önünə vurulacaq və eyni zamanda karantin qaydalarına uyğun olaraq təbliğat işləri davam etdiriləcək.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man