Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Goranboy-Naftalan yolunda qeydə alınıb.
"Opel" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hər iki yaralı rayon xəstəxanasına aparılsa da, vəziyyəti daha ağır olan 20 yaşlı Hüseynov Bayram Etibar oğlu Gəncədəki klinikalarının birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man