Şübhələri dağıtmaq üçün ölmüş övladı ilə oynadı, sonra uşaq arabası ilə birlikdə basdırdı - VİDEO

Maraqlı 22 Sentyabr 2020 | 12:46
OXUNUB: 956

Ana şübhələrdən yayınmaq üçün əvvəlcə ölən körpəsini gəzdirib, sonra isə uşaq arabası ilə birlikdə məzarlıqda dəfn edib. Dəhşətli hadisə Rusiyanın Serpuxov şəhərində yaşanıb.

REN TV hadisə günü ilə bağlı kadrları yayımlayıb. Videodan görünür ki, binadan əvvəlcə uşaq arabası ilə qadın, ardınca isə nənə çıxır. Onlar özlərini elə göstərirlər ki, guya  təmiz hava almaq üçün çıxıblar.

Bir müddət sonra qadın oğlunu uşaq arabası ilə bir yerdə basdırır.

Müstəntiqlər artıq uşağı qəbirdən çıxarıblar. Onun bədənində heç bir görünən zədə aşkarlanmayıb. Uşağın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.

Qadının sözlərinə görə, uşaq bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, körpə nənəsi ilə birlikdə çarpayıda yatıb, səhər isə uşağın nəfəs almadığını görüb. Müstəntiqlər ananın həkim çağırıb uşağın həyatını xilas etməyə çalışmaq əvəzinə, birbaşa qəbiristanlığa yollanmasının səbəbini araşdırırlar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man