Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 18 yeni yol ötürücüsü inşa olunub.
Bu barədə layihənin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib.
Onların 16-sı büzülmüş metal konstruksiyalardan tikilib. Mövcud 36 yol ötürücüsünün 8-i isə təmir-bərpa olunub.
İnşaat işlərində həm dəmir beton, həm də büzülmüş metal konstruksiyalardan istifadə edilib. Büzülmüş metal konstruksiyalardan yol ötürücülərinin tikintisi Gürcüstanda ilk dəfə həyata keçirilib. (“Report”)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man