Qaban ağır yol qəzasına səbəb oldu; 4 ölü, 1 yaralı - FOTOLAR

Yol qəzaları 22 Sentyabr 2020 | 09:18
OXUNUB: 2639

Rusiyanın Tümen əyalətində qaban ağır yol qəzasına səbəb olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə “Kurqan – Tümen” şosesinin 141-ci kilometrliyinin, İsetsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, qarşısına çıxan qabanı vurmamaq üçün manevr edən 22 yaşlı sürücü, idarə etdiyi “Lada” markalı maşının sükan hakimiyyətini itirərək yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn “Mitsubishi” markalı avtomobillə ilə toqquşub.

Zərbənin şiddətindən “Lada” yol kənarına düşüb, qaban isə tələf olub.

Qəza nəticəsində “Lada”nın sürücüsü və onun 3 sərnişini (45 yaşlı qadın, onun 4 yaşlı qızı və 43 yaşlı kişi) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, “Mitsubishi”nin 27 yaşlı sürücüsü isə  xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man