Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Şirvanın köhnə şəhər adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən, Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man