Azərbaycan əsilli reper “Infiniti”si ilə səkidə 2 piyadanı vurub divara çırpıldı – ANBAAN VİDEO

Nəqliyyat TV 21 Sentyabr 2020 | 19:29
OXUNUB: 1376

Rusiyanın paytaxtı Moskvada iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 21-də Ostojenko küçəsində qeydə alınıb. 

Yerli KİV-in məlumatına görə, 26 yaşlı Elmin Quliyev idarə etdiyi “Infiniti markalı minik avtomobillə, hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək “Меrсеdеs” markalı minik maşını ilə toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan “Infiniti”, səkidə irəliləyən 2 piyadanın üzərinə hərəkət edərək onları vurub və daha sonra binaya çırpılıb.

Qəza nəticəsində hər 2 piyada ağır xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məlumatda qeyd edilir ki, yenicə reperliyə başlayan E.Quliyav Bakıda doğulub və hazırda Moskvada yaşayır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man