Bakıda "Mercedes" "BMW" ilə yolayrıcında belə toqquşdu - REAL VİDEO

Yol qəzaları 21 Sentyabr 2020 | 14:41
OXUNUB: 1622

Bakıda iki avtomobilin qəza anı kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, paytaxtın Hüseyn Seyidzadə küçəsi ilə hərəkət edən  “BMW” markalı avtomobilin sürücüsü sola- Mir Cəlal küçəsinə dönərkən yolayrıcının keçmə qaydasını pozub. “Yol Hərəkəti Haqqında" Qanunda qeyd olunub ki, yolayrıcından sola dönən sürücü, düzünə və sola hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Videodan göründüyü kimi, sola dönən “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn “Mercedes” markalı avtomobilə yol verməyərək qarşısına çıxdığı üçün qəza qaçılmaz olub.

Görüntüləri sizə təqdim edirik.

Ümid edirik ki, sürücülər bu görüntüdən nəticə çıxararaq yollarda qaydalara riayət edib həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədən qoruyacaq.

 

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man