Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Əliyar Əliyev küçəsində hərəkətdə olan "Opel" markalı avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Əliyeva Şərəbanu Heydər qızını vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması, sağ bud nahiyəsinin əziyi və baş-beyin silkələnməsi diaqnozları qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man