Təyyarə avtomobil yoluna düşdü - VİDEO

Nəqliyyat TV 21 Sentyabr 2020 | 14:50
OXUNUB: 1099

Rusiyanın Kurqan şəhərində yüngül mühərrikli təyyarə trasa enib. Avtosfer.az xəbər verir ki, hadisə Kropani qəsəbəsində qeydə alınıb.

Məlumata görə, göyərtəsində 2 nəfərin olduğu “Elitar Sigma” tipli təyyarə, hələlik müəyyənləşdirilməyən səbəblərdən  Kurqan - Kurtamış şəhərlərini birləşdirən avtomobil yoluna təcili eniş edib.

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, təcili enişin səbəbi ya nasazlıq olub, ya da ki, yanacaq çatışmazlığı.

Hazırda Ural Nəqliyyat İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man