Kamran Əliyev şortik məsələsinə aydınlıq gətirdi: "Fikrim təhrif olunub"

İctimai nəqliyyat 19 Sentyabr 2020 | 16:50
OXUNUB: 7540

Bu gün kütləvi informasiya vasitələrində Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin adından açıqlama yayılıb. İdda olunur ki, Kamran Əliyev deyib ki, qadınlar Qeydiyyat İmtahan Şöbəsinə şortiklə gələ bilər, amma kişilər üçün bu icazə yoxdur. 

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən şöbə rəisi bildirib ki, onun fikirləri təhrif olunub. "Təəssüflər olsun ki, bəzi müxbirlər “Qadınlar şortiklə imtahana gedə bilər, kişilər isə yox” başlıqlı yazı dərc edməklə məsələni konteksdən çıxarmağa çalışıblar. Hətta dərhal etiraz etməyimə baxmayaraq  sensasiya yaradıb daha çox oxucu cəlb etmək məqsədilə hələ ki, heç bir düzəliş aparılmayıb. Məsələ ilə bağlı  bir daha qeyd edirəm ki, mövcud qanunvericilikdə geyimlə bağlı hər hansı qadağa nəzərdə tutulmasa da kiminsə çimərlik paltarında vətəndaşlara xidmət göstərən hansısa təşkilata və ya dövlət orqanına getməsi etik cəhətdən cəmiyyətimizdə qəbul olunan hal deyil."

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man