Kamran Əliyev şortik qalmaqalından danışdı: Qadın qısa geyinə bilər, kişi yox

İctimai nəqliyyat 19 Sentyabr 2020 | 13:18
OXUNUB: 6277

“Heç bir yerdə geyimlə bağlı dəqiq qadağa yoxdur”


Avtosfer.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev jurnalist Fərid Pərdəşünasın şortik geyindiyinə görə imtahana buraxılmaması barədə danışarkən deyib. O, bildirib ki, hətta adi restoranlar kommersiya təşkilatları olsa da, müəyyən geyim formaları var ki, buna görə insanlar içəri buraxılmır:

 

“Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən düzgün deyil. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq etdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın qısa paltar da geyinə bilər, şortik də. Heç kim heç nə deyə bilməz, bu onun haqqıdır. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinərək gəlməsi uyğun deyil. Bizdə kişilərin o formada geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bəlkə də hələ o dövr çatmayıb. Buna görə də kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz deyil. Ora gələn digər şəxslərin tələbi ilə əlaqəlidir”.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man