Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 99-GY-401 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə 99-NS-211 dövlət nömrə nişanlı "Lada Priora" markalı avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Tağıyeva Rəna Əyyub qızı, 1991-ci il təvəllüdlü Teymurov Elvin Əbülfəz oğlu, 1995-ci il təvəllüdlü Məmmədov Orxan Elxan oğlu və Aygün Nəsirova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man