“Hubble” teleskopu Yupiterdə fırtına görüb

Maraqlı 18 Sentyabr 2020 | 19:59
OXUNUB: 807

Alimlər “Hubble” teleskopunun köməyilə Yupiterdə avqustun 18-dən başlanmış unikal ağ fırtınanın təsvirini əldə ediblər. Təsvir teleskopun rəsmi saytında yerləşdirilib.

Təsvir avqustun 25-də, planet Yerdən 653 milyon kilometr məsafədə olarkən əldə edilib. Kadrda nəhəng planetdən solda onun peyklərindən biri olan Avropa görünür.

Məlumatda bildirilir ki, “Hubble” vasitəsilə əldə edilmiş yeni təsvir unikal və cəlbedicidir – şimal enliklərində uzanmış parlaq və ağ fırtına saatda 560 kilometr sürətlə hərəkət edir.

Günəş sisteminin ən böyük planeti olan Yupiter qaz nəhəngi kimi xarakterizə edilir. Yupiterin 79 peyki var. Onlar arasında İo, Avropa, Qanimed və Kallisto ən böyükləridir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man