"Unicapital” İnvestisiya Şirkətinin Səhmdarının qərarı ilə Tahir Qəribov "Unicapital” İnvestisiya Şirkəti” ASC-nin baş meneceri təyin olunub. Tahir Qəribov bu vəzifəyə təyin olunanadək "Unicapital” Müşahidə Şurasının müşaviri vəzifəsində çalışıb.
Tahir Qəribov Unibank komandasına 2010-cu ildən qoşulub. O, bankda "Lizinq Əməliyyatları Departamentinin rəhbəri”, "İdarə Heyəti sədrinin törəmə təşkilatları üzrə müşaviri”, "İnvestisiya Bankçılığı Departamentinin direktoru” və digər vəzifələrdə işləyib. 2018-ci ildən isə "Unicapital” İnvestisiya Şirkətində çalışır.
Nizamnamə kapitalı 100%-lik "Unibank”a məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
"Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man