Bu sərnişinlər marşrut avtobusunu dayanacaqdan kənarda da saxlatdıra biləcəklər

Yeniliklər 18 Sentyabr 2020 | 09:44
OXUNUB: 1291

İspaniyanın paytaxtı Madriddə bəzi sərnişinlər gecə saatlarında istifadə etdikləri marşrut xətt avtobuslarını arzuladıqları ünvanda saxlatdıra biləcəklər. Avtosfer.az xəbər verir ki, bu barədə “Europulse” portalı məlumat yayıb.

Məlumata görə, bu fürsətdən yalnız qadınlar, uşaq və yeniyetmələr yararlanacaq. Məqsəd isə gecənin qaranlıq vaxtında onların evlərinə təhlükəsiz çatmasıdır.

Bildirilir ki, sentyabrın sonunda qüvvəyə minəcək bu xidmət daha bir neçə şəhərdə tətbiq olunacaq.

Qeyd edək ki, ilin əvvəlində yeni sxemin sınağı ay ərzində 6 marşrut avtobusunda keçirilib. Nəticəyə əsasən, əlavə dayanacaqlarda saxlatdıran sərnişinlərin 95 faizinin qadınlar olduğu məlum olub.

Xatırladaq ki, analoji tədbirlər küçə şiddətinin qarşısını almaq üçün digər Avropa şəhərlərində də tətbiq edilir.

Məsələn, Parisdə bəzi marşrut avtobusları 2018-ci ildən sözügedən xidməti göstərir.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man