Şəki DYP "Diqqət uşaqlar" aylığı çərçivəsində tədbirləri davam etdirir - FOTO

İctimai nəqliyyat 17 Sentyabr 2020 | 18:38
OXUNUB: 1858

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2020-ci ilin sentyabr ayının  5-dən, oktyabr ayının 5-dək respublika ərazisində "Diqqət uşaqlar" adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məlumat verilib.

Şəki Dövlət Yol Polisi, uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə  dövlət yol polisinin köməyinin artırılması məqsədi ilə  sentyabrın 17-də Şəki şəhəri 12 nömrəli tam orta məktəbdə, yol hərəkəti qaydaları barədə maarifləndirici tədbir keçirib.

Tədbir, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə riayət etməklə açıq hava şəraitində və sosial məsafə gözlənilməklə təşkil edilib.Təhsil İşçilərinin və ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir zamanı, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən, yol hərəkəti qaydaları barədə qısa məlumat verilib, məktəblilərin qaydaları ətraflı öyrənmələri üçün  onların hər birinə  "Piyadanın vəzifələri" yazılmış vərəqlər paylanılıb.
Tədbir zamanı, məktəbin direktoru Nəzakət Qəhrəmanzadə çıxış edərək, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevdən məktəbin qarşısındakı piyada keçidinin (zebra xətti) yenilənməsini xahiş edib.Tədbirdən təxminən bir saat sonra, piyada keçidinin (zebra xətti) yenilənməsi təmin edilib. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man