ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır

Maraqlı 17 Sentyabr 2020 | 13:41
OXUNUB: 571

ABŞ-da pilotsuz “Uber” taksi sürücüsü adam öldürməkdə ittiham olunub.

“RİA Novosti” xəbər verir ki, 49 yaşlı Eleyn Herçberqin ölümünə səbəb olan hadisə 2018-ci ilin mart ayında Arizona ştatında baş verib.

Pilotsuz “Uber” velosipedlə gedən sürücünü “görsə” də, əyləci basmayıb. Sükan arxasında olan operator yoldan yayınıb və nəqliyyat vasitəsi əl rejiminə keçə bilməyib.

Avqustun 27-də 46 yaşlı Rafael Vaskesə qarşı ittiham irəli sürülüb. Özünü qadın kimi təqdim edən Vaskes təqsirli olmadığını deyib.

Məhkəmə 11 fevral 2021-ci il tarixinə planlaşdırılıb.

Faciəli hadisədən sonra “Uber” bu əyalətdəki layihəni bağlayıb və Arizona rəhbərliyi ümumi yollarda test keçirməyi qadağan edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man