Başqırdıstan Respublikasında asfaltçəkən maşının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 15-də axşam saatlarında “Arlan - Aşit” trasının 6-cı kilometrliyində, Krasnokamsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə respublikanın Baş Dövlət Yol Polis İdarəsinin rəisi Dinar Qilmutdinov məlumat verib.
Məlumata görə, 46 yaşlı qadın sürətlə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə, asfaltçəkən maşına çırpılıb.
Zərbənin şiddətindən “07” deformasiyaya uğrayıb.
Qəza nəticəsində sürücü, avtomobildə olan 58-32 yaşlarında kişi və qadın aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər, 18 yaşlı daha bir sərnişin isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man