Filippinin cənubunda hərbi vertolyot qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Basilan əyalətində qeydə alınıb. Bu barədə sentyabrın 16-da “ABS-CBN” media qrupu məlumat yayıb.
Məlumata görə, qəza güclü küləklə müşahidə edilən leysan səbəbindən baş verib.
Hadisədən sonra xilasedicilər insident yerindən 4 nəfərin cəsədini aşkarlayıblar.
Bildirilir ki, vertolyot Zamboanqa şəhərindən Holoya mülki personalı təxliyə etmək üçün uçurmuş.
Hadisə ilə bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man