Azərbaycanda 21 yaşlı qızdan qorxunc əməl - Özünü hərəkətdə olan maşından ATDI

Nəqliyyat xəbərləri 14 Sentyabr 2020 | 01:04
OXUNUB: 2403

Kürdəmir rayonunda sürücü ilə mübahisə edən 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, Kürdəmir rayonunun Xırdapay kəndinin 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu “VAZ-2107” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən onunla sərnişini, Kürdəmir rayon Şıxımlı kəndinin 21 yaşlı sakini Şükürova Ayşən Aqil qızı arasında mübahisə yaranıb. Bu zaman A.Şükürova hərəkətdə olan avtomobilin qapısını açaraq özünü avtomobildən yerə atıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan A.Şükürova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya ilkin tibbi yardım göstərsələr də, vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanlaradan birinə göndərilib.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man