Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Avtomobil 1995-ci il təvəllüdlü Quliyeva Nərgiz Aləddin qızının ayağının üstündən keçib. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.