Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Dərgahquliyeva Əsnad Rəşad qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.