Qobustanda "Niva" 20 metr hündürlükdən dərəyə aşdı, 3 nəfər yaralandı

Nəqliyyat xəbərləri 13 Sentyabr 2020 | 01:25
OXUNUB: 2172

Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə hadisə sentyabrın 12-də gecə saat 23:50-də avtomobil yolunun 103-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

90-FE-817 dövlət nömrə nişanlı "Niva" markalı minik avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb.

Hadisə zamanı İsmayıllı və Bakı sakinləri olan gənclər - 1993-cü il təvəllüdlü Nəsirov Fərhad Faiq oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Elvin Hamlet oğlu və 1995-ci il təvəllüdlü Bağırov Əbil Gülasət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man