Yol polisi Ziya Məmmədovun qardaşı oğlunu içkili tutdu, məhkəmə cərimə etdi

Nəqliyyat xəbərləri 12 Sentyabr 2020 | 16:53
OXUNUB: 10206

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov avtomobili spirtıi içkinin təsiri altında idarə etdiyi üçün Dövlət Yol Polisi tərəfindən saxlanılıb və qərarı ilə barəsində inzibati tənbeh tədbiri seçilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Aynar Məmmədovun yol polisinə qalib gəlməsi barədə yayılan xəbər düzgün deyil. Belə ki, iyunun 4-də DYP əməkdaşları tərəfindən sərxoş halda saxlanılan Aynar Məmmədov barəsində protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin avqustun 14-də çıxardığı qərara əsasən, Aynar Məmmədov 5 bal, 400 manat cərimə edilib. Avqustun 21-də sürücü həmin cəriməni ödəyib: "Göründüyü kimi, Aynar Məmmədov yol polisinə qalib gəlməyib, törətdiyi əmələ görə cəzalandırılıb".

 

Fərid

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man