Yolu bölüşə bilməyən iki qadının əlbəyaxa döyüşü - VİDEO

Nəqliyyat TV 12 Sentyabr 2020 | 12:49
OXUNUB: 2550

Yolu bölüşdürə bilməyən iki qadın sürücü arasında baş verən davanın görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri Rusiyanın Moskva şəhərində qeydə alınıb.

Kadrlarda, yol kənarında park edilmiş “Škoda” markalı avtomobilin qapısının yolun hərəkət hissəsinə açıq qaldığı və qarşı yoldan gələn “Toyota” markalı maşının hərəkətinə maneə yaratdığı görülür.

Maşındakı azyaşlı oğlan qapını bağlasa da, “Toyota”nın qadın sürücüsünün hirsi soyumur və həmkarına yaxınlaşaraq ona təhqiramiz sözlər deyir. Ardınca hər iki sürücü arasında hərarət daha da yüksəlir və tərəflər arasında dava başlayır. Bir müddət davam edən əlbəyaxa döyüş, “Toyota”nın sürücüsünün məğlubiyyəti ilə sona çatır. Məğlubiyyəti ilə barışmayan qadın, daha sonra maşından götürdüyü butulka ilə dolu suyu digər qadının üzərinə səpir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man