Sabirabadda yol-nəqliyyat hadisəsində ağır xəsarət alan var.
“Report” xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Rəfiyev Emin Mahir oğlu atla gedərkən yük maşını vurub. Nəticədə kəllə-beyin travması alan E. Rəfiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man