Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda təmir işləri aparılır - FOTO

Yeniliklər 11 Sentyabr 2020 | 19:49
OXUNUB: 897

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 26-28–ci kilometrində təmir işləri aparılır. Avtomobil yolunun təmir olunan hissəsi əsasən İsmayıllı şəhərinin ərazisindən keçir. Ə.Ələkbərzadə küçəsi də daxil olmaqla, yolun 3,3 kilometrində çiyin hissələri son vaxtlar yağan leysan yağışlarının yaratdığı sel sularının təsirindən yuyularaq yararsız vəziyyətə düşmüşdü. Ümumilikdə 4530 kvadratmetr sahədə asfalt örtük döşənəcək. Artıq bəzi hissələrdə asfalt çəkilişinə başlanılıb.

Qeyd edək ki, yolun təmiri sakinləri müraciətinə əsasən, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə aparılır və “9 nömrəli Yol İstismar” MMC tərəfindən həyata keçirilir.

Növbəti mərhələdə Sumağalı-Qulacıq və İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yollarının cari təmiri nəzərdə tutulub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man