Yol polisi yeni dərs ili bağlı "Diqqət uşaqlar" aylığına START VERDİ

İctimai nəqliyyat 11 Sentyabr 2020 | 11:35
OXUNUB: 1138

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması münasibətinlə yol hərəkəti iştirakçılarına müraciət edib. İdarənin şöbə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ölkədə ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyini yüksək olma ehtimalı yaradır. “Təbii ki bu şəraitdə məktəblərin və yaxud məktəbə qədər müəssisələrdə təhsil alan məktəblilərin təhlükəsizliyini təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması bir vacib məsələ kimi qarşıda durur. Eyni zamanda bu günə qədər  Daxili İşlər Nazirliyinin rəhbərliyinin və yerlərdə müvafiq qurumların bu sahəyə xüsusi  diqqəti, qayğısı və tələbkarlığı nəticəsində nəqliyyat vasitələrinin sayının ilbəil artması fonunda ümumi yol nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayı azalıb. Təbi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 23 azyaşlının həlak olması, 75 nəfərin isə xəsarət alamsı çox ciddi narhatçılıq doğurub. Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının  alınması istiqamətində proflaktik tədbirlərin gücləndirilməsi, habelə hazırkı dövrd koronavirus infeksiyası ilə əlaqələi ölkə ərazisində tətbiq edilmiş  xüsusi karantin rejiminə riayət etməklə ümumtəhsil məktəblərində  şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin  effektinin yüksəldilməsi üçün dövlət yol polisi əməkdaşlarının iştirakı ilə yeni dərs ilinin başlanmasında sentyabr ayının 5-dən, oktyabr ayının 5-dək “Diqqət uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsi nəzərdə tutulub.

Hər il olduğu kimi, bu ildə ənənəvi bu tədbirin keçirilməsi söz yox ki, aylıq  çərçivəsində xüsusilə azyaşlı uşaqların  yol-qəza hadisələrindən həyat və sağlamlığının qorunamsı, eləcə də onlara yol hərəkəti  haqqında qanundan biliklərin verilməsi, təhlüksəzilyin təmin edilməsi üçün qabaqlayıcı müvafiq tədbirlərin görülməsi zərurəti yaranıb. İlk növbədə hər bir yol polisi əməkdaşının  xidmət etdiyi ərazidə azyaşlılarla baş vermiş yol qəza hadisələrini təhlili əsasında hadisələrin başvermə səbəbləri və şəraitlərinin aradan qaldırılması üçün konkret tədbirlər görülür.  Eyni  zamanda təhsil müəssisələrin yerləşdiyi ərazilər, və azyaşlı uşaqların  toplaşdığı yerlər, onların hərəkət marşrutları, yol şəraiti müayinə olunaraq təhlükəsiz təşkil və eyni zamanda məktəbyanı əraizlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün ərazidə  çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, və yaxud nişanlanma xətlərinin  çəkilməsi işləri də artıq həyata keçirilib. Eyni zamanda rayon təhsil şöbələrinə məktəb və məktəbə qədər müəssisə əməkdaşlarına müraciət edərək təhsil alan şagirdlərə yol hərəkəti qaydalarına dayır proflaktiki və  tərbiyəvi təbliğat işlrəinin keçirilməsi xüsusi ilə ibtidai siniflərdə  azyaşlılara  yol hərəkəti qaydalarına dair biliklərin  verilməsi  üçün müraciət edilib. Yəni, bu sahə üzrə çalışanlar hər bir yol polisi əməkdaşına  şərait yaratmalı və hazırkı dövrə uyğun görüşlərin keçirilməsi  üçün müvafiq tədbirlərin görülməsi nəzərədə tutulub. Həmçinin  uşaqlara küçə və yollarda təhlükəsiz  davranış və vərdişlərin aşılanması  məqsədilə təhsil müəssiələrinin rəhbərləri ilə razılaşdırma yolu ilə hər bir yol polisi əməkdaşının  iştirakı ilə yol hərəkəti qaydaları üzrə açıq və virtual dərslərin keçirilməsi nəzərdə tutulub ki, bu da məktəb kollektivini  belə bir tədbilərin keçirilməsi üçün şərait yaradılması deməkdir. Uşaqlarla bağlı yol nəqliyyat hadisəinin proflaktikası işində  təhsil işçilərinin, həmçinin valideynlərin, eləcə də ictimai qurumların  nümayəndələrinin olması və birgə təbliğatın aparılması müsbət nəticələrin əldə edilməsinə  imkan verir.

Ümumiyyətlə keçiriləcək bu aylıq çərçivəsində məqsəd azayşlı uşaqlara yol hərəkət qaydalarını öyrətmək eləcə də onlar arasında keçirilən dərslərin  keyfiyyətin səmərəliyini artırmaq və onlar arasında yol hərəkət qaydalarına dair bilik və bacarığı ilə seçilən azyaşlı uşaqların KİV-lər vasitəsilə müraciətlərini təmin etməkdir.

Hesab edirik ki, bu təhlükəsiz aylığının keçirilməsində azyaşlı uşaqların fəallığının artırılmasında evlərdə valideynlər, məktəbdə fəalığını artırmalı və yol polisi əməkdaşları tərəfindən keçirilən bu tədbirdə karantin  dövrünün tələblərinə uyğun olaraq  online və digər vasitələrlə  görüşlərin keçirilməsi məqsədə müvafiqdir. Hesab edirik ki,  hər il olduğu kimi bu ildə Bakı məktəbləri öz bilik və bacarığı ilə fərqlənəcək və keçiriləcək bu aylıq da  ən yüksək  göstəricilər əldə edəcəklər".

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man