Nəqliyyat TV
11 Sentyabr 2020 | 11:13
İndoneziyanın Cokyakarta bölgəsində yeniyetmə oğlan nəhəng ilana oxşar çərpələngi uçurmaq istəyərkən ağır xəsarət alıb. “AsiaOne” xəbər verir ki, yeniyetmə oğlan dostları ilə birgə uzunluğu 50 metr olan əjdaha formasında çərpələng düzəldib.
Lakin gözlənilmədən güclü külək çərpələngi və ondan yapışmış oğlanı üç metrə qədər göyə qaldırıb.
Nəticədə çərpələngin ipi yeniyetmənin ağırlığını saxlamayaraq qırılıb və zərərçəkən yerə dəyərək ağır xəsarət alıb.