Bakıda motosiklet və "Mercedes" belə toqquşdu: sürücü kapotun üstünə düşdü - VİDEO

Nəqliyyat TV 11 Sentyabr 2020 | 11:06
OXUNUB: 1550

Bakıda baş vermiş növbəti motosiklet qəzası kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Hüseynbala Əliyev küçəsində qeydə alınıb. Hüseynbala Əliyev küçəsi ilə Yeganə şadlıq sarayı istiqamətdə hərəkət edən motosiklet sürücüsü yolayrıcında sağ köməkçi yoldan çıxan "Mercedes" ilə toqquşur. Qəza nəticəsində motosikletçi avtomobilin kapotun üstünə düşür. Əynində qoruyucu geyim olduğu üçün ciddi xəsarət almasa da avtomobil və motosikletə ziyan dəyir. 

Hadisəni Avtosfer.az-a şərh edən ekspert Elməddin Muradlı bildirib ki, "Mercedes"in sürücüsü əsas yolla hərəkət edən motosikletçini buraxmalı idi. "Videoya diqqətlə baxsanız yolayrıcında park edilmiş yük maşını görərsiniz. Bu da öz növbəsində "Mercedes" sürücüsünün qarşıdan gələn nəqliyyat vasitələrini görməsinə maneə yaradır. Eyni zamanda "Mercedes"in sürücüsü çıxdığı yolayrıcı istiqamətdə deyil, əksinə hərəkət etməyi hesablayıb. Odur ki, məcburən sağa da baxmalı olur. Bu zaman isə öz yolu ilə hərəkətdə olan motosiklet sürücüsü yenə yolayrıcını keşmiş yük maşını səbəbindən "Mercedes"i gec görür ki, nəticədə qəza baş verir."

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, motosikletlərin iştirakı ilə baş verən qəzaların ağırlıq dərəcəsi yüksək olur. "Bu situasiyada sürücü qoruyucu geyim və kaskadan istifadə etdiyi üçün ciddi xəsarət almır. Yəqin ki, sürücülər bu görüntülərə baxıb, motosiklet idarə edən zaman xüsusi geyimin nə qədər vacib olduğunu bir daha anlayacaq."
Görüntüləri təqdim edirik:

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man