Biləsuvarda avtomobilin vurduğu gənc qadın ölüb

Yol qəzaları 10 Sentyabr 2020 | 23:04
OXUNUB: 1664

Biləsuvarda bir neçə gün öncə avtomobillə vurulan piyada vəfat edib. "Report"un məlumatına görə, 4 gün əvvəl rayonun Amankənd kənd sakini Rauf Əliyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub. Gənc qadın müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq o, bu gün müalicə edildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man