17 yaşlı qız liftin qarşısında bıçaqlandı; o, ölüm-dirim savaşı aparır - VİDEO (+21)

Nəqliyyat TV 10 Sentyabr 2020 | 15:40
OXUNUB: 1638

Rusiyanın Yekaterinburq şəhərində naməlum şəxs 17 yaşlı qızı bıçaqlayıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri Şiokoy Reçke rayonunun Soboleva küçəsində yerləşən binaların birində qeydə alınıb. Bu barədə “E1.ru” məlumat verib.

Kadrlarda, bir qadın, biri kişi olmaqla iki şəxsin binanın girişinə daxil olduqları və onlardan birinin liftin gəlməsini gözlədiyini, digərinin isə pilləkənlərlə qalxdığı görülür.

Bundan sonra kişi qəfildən geri qayıdır və qıza arxadan iki bıçaq zərbəsi endirərək oradan uzaqlaşır. Qız isə zərbənin təsirindən yerə yıxılır.

Hadisədən sonra zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. O, həkimlər tərəfindən bir neçə dəfə cərrahi əməliyyat olunub. Əməliyyat zamanı qızın bir böyrəyi və bağırsağının bir neçə santimetri kəsilərək götürülüb. Hazırda o, komadadır, həyatda qalama mübarizəsi aparır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man