Maşın park edilmiş TIR-a çırpıldı; ana öldü, oğul və gəlin isə yaralandı - FOTO

Yol qəzaları 10 Sentyabr 2020 | 14:00
OXUNUB: 955

Türkiyənin Kocaeli vilayətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə D-100 avtomagistralının Körfəz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, İstanbul istiqamətində hərəkətdə olan Çingiz Kurxanın idarə etdiyi minik avtomobili, yol kənarında park edilmiş TIR-a arxadan çırpılıb.

Qəza nəticəsində sürücü, onun anası Almast Kurxan və həyat yoldaşı Gülhan Kurxan müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Vəziyyəti ağır olan 60 yaşlı Almast Kurxan, həkimlərin bütün səylərinə baxmayaraq orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man