Yolayrıcında qəza:"Tucson" motosikletin önünə çıxdı və... - VİDEO

Nəqliyyat TV 10 Sentyabr 2020 | 11:13
OXUNUB: 1499

Bakıda baş verən daha bir motosiklet qəzası kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə bir müddət əvvəl paytaxt küçələrinin birində baş verib. Baş yolla hərəkətdə olan motosikletçinin önünə "Hyundai Tucson" markalı avtomobil çıxır. Nəticədə qəza baş verir. Motosiklet sürücüsü xəsarət alır. 


Hadisəni Avtosfer.az-a şərh edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, analoji qəzalar tez-tez baş verir. "Səbəb isə sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsidir. Baxın bu görüntülərdə "Hyundai" sürücüsü yolayrıcına tez daxil olur. Sanki motosiklet sürücüsünü görmür. Buna görə qəza baş verir. Amma çox vaxt motosiklet sürücüləri də qırmızı işıqda yolayrıcına daxil olurlar. Yaxud da iki avtomobilin arasından keçir, səkiyə çıxırlar. Bütün bunlar isə təhlükə yaradır. Düşünürəm ki, bu cür görüntülər sürücüləri daha ehtiyatlı olmağa və qaydalara əməl etməyə sövq edəcək."


Videonu təqdim edirik:

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man