Qoyunlarını qorumaq istəyən yeniyetmə bacısını öldürdü - FOTO

Yol qəzaları 08 Sentyabr 2020 | 23:53
OXUNUB: 3466

Türkiyənin Trabzon şəhərində qoyunlarını canavar hücumundan qorumaq istəyən adam bacısını öldürüb.

“HaberGlobal” məlumat verir ki, 17 yaşlı Hakan O. çoban itinin hürdüyünə görə qoyunlarına canavar hücum etdiyini sanıb.

O, ov tüfəngini götürüb evdən çıxmaq istəyəndə yıxılıb və silahdan atəş açılıb. Nəticədə 37 yaşlı bacısı Nurdanə Kandəmir yaralanıb. Xəstəxanaya çatdırılan dörd uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.

Hakan O. məhkəmə qərarına görə, nəzarət şərti ilə sərbəst buraxılıb. Onun barəsində heç kim şikayətçi olmayıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man