Turistlərin olduğu avtobus yanıb külə döndü - VİDEO

Nəqliyyat TV 08 Sentyabr 2020 | 20:20
OXUNUB: 1777

Bolqarıstanda turist avtobusu yanıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 7-də axşam saatlarında “Trakiya” avtomagistralının Vakarelya rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bu barədə ölkənin milli telekanalı məlumat yayıb.

Məlumata görə, Türkiyə şirkətinə məxsus, Sofiya-İstanbul reysini həyata keçirən turist avtobusu, hərəkətdə olarkən naməlum səbəblərdən yanmağa başlayıb. Sürücü dərhal nəqliyyat vasitəsini  yol kənarına çəkib və içərisində olan Türkiyə əsilli sərnişinləri düşürüb.

Bildirilir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmasa da, sərnişinlərə məxsus yüklər və avtobus tamamilə yanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man