Göyçayda avtoqəza zamanı 3 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 08 Sentyabr 2020 | 09:25
OXUNUB: 1729

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 23:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

"BMW" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay rayonunun Çərəcə kənd sakinləri, 1992-ci il təvəllüdlü Abdullazadə Ülvi Əhməd oğlu, 1992-ci il təvəllüdlü Baxışov Əlikram Çingizxan oğlu və Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Yusifzadə Şahmar Elşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man